[b]Yığma üzvündən “sarı” heç-heçə[/b]
06.08.2017 - 20:02
Ukrayna Premyer Liqasında IV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Pavel Paşayevin komandası “Aleksandriya” da növbəti oyununu keçirib.
Komanda Odessada “Çernomorets”in qonağı olub. Matçın gedişində 0:2 hesabı ilə geri düşən milli üzvünün komandası yekunda 2:2 hesablı bərabərliyə nail olub.
Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub. O, 25-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 4 oyundan sonra aktivində 3 xal olan “Aleksandriya” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
0
0