[b]Yığmamız 20 qol buraxdı[/b]
03.11.2017 - 08:55
[b]Yığmamız 20 qol buraxdı[/b]

2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının futzal turnirinin təsnifat oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Slovakiyada keçirilən mini turnirdə çıxış edən Azərbaycanın 17 yaşadək futzalçılardan ibarət komandası 2-ci oyununu keçirib.

 

Komandamız Rusiya yığması ilə görüşüb. Şimallılar millimizi meydana çıxmağa peşman edib. 0:20 hesabı ilə uduzan yığmamız tarixinin ən ağır darmadağınına üzülüb.

 

Maraqlıdı ki, yarışın ev sahibi olan Slovakiyanın futbol federasiyasının rəsmi saytı hesabı daha acınacaqlı – 0:21 kimi göstərib.

 

Qrupun digər matçında isə Slovakiya Hollandiyanı 3:0 hesabı ilə məğlub edib. Yığmamız son turda özü kimi 2 məğlubiyyət alan Hollandiya ilə görüşəcək.

 

Qeyd edək ki, ilk turda millimiz Slovakiyaya 0:12 hesabı ilə uduzmuşdu.

 

1

Rusiya

2

2

0

0

27-2

6

2

Slovakiya

2

2

0

0

15-0

6

3

Hollandiya

2

0

0

2

2-10

0

4

Azərbaycan

2

0

0

2

0-32

0