[b]Yığmamız 2 qol vurdu, Gürcüstan qalib gəldi[/b]
16.12.2016 - 18:01
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan millimiz Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə görüşüb.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.
0
0