[b]Yığmamız 3-cü liqa klubu ilə qarşılaşacaq[/b]
06.01.2017 - 09:40
[b]Yığmamız 3-cü liqa klubu ilə qarşılaşacaq[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə toplanışındakı rəqiblərindən biri bəlli olub. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Antalya hazırlığı çərçivəsində Almaniyanın “Rot-Vayss” klubu ilə görüşəcək.

 

Erfurt təmsilçisi ilə matç yanvarın 12-də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, Erfurt təmsilçisi Almaniyanın 3-cü liqasında çıxış edir.