[b]Yığmamız 70-ci oyununa çıxır[/b]
04.10.2016 - 12:03
[b]Yığmamız 70-ci oyununa çıxır[/b]

Azərbaycan millisi 19 yaşadək futbolçular arasında Avropa çempionatında yubiley oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin seçmə mərhələsinin Litvada keçirilən V qrupunda Avstriya ilə üz-üzə gələcək yığmamız üçün bu matç 70-ci olacaq.

 

1994-cü ildə debüt etdiyimiz yarışda indiyədək 69 oyun keçirmişik. Əvvəl U-18, sonra U-19-ların qatıldığı yarışda indiyədək 14 qələbə qazanan millimiz yubiley – 15-ci uğurunu əldə edə bilər. 10 heç-heçəsi olan komandamız 45 dəfə uduzub. 55 qol vuran yığmamız 157 dəfə topu qapısında görüb.

 

Əvvəlki 69 görüşdə 2 dəfə avstriyalılarla üz-üzə gələn millimiz 3-cü dəfə bu rəqiblə görüşəcək. 1996-cı il oktyabrın 2-də İsveçrədəki matç tarixi əhəmiyyət kəsb edib. Yığmamız ilk qələbəsini məhz Avstriya üzərində qazanıb – 1:0. 2000-ci il oktyabrın 5-də isə avstriyalılar ev sahibi olduqları matçda 2 cavabsız qolla qalib gəlib.

 

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Avstriya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

0