Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığması yenidən baş məşqçisiz qalacaq. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlayıb.
O bildirib ki, qurumun idman direktoru, həmçinin U-21-in baş məşqçisi olan Nikolay Pisarev postundan göndəriləcək. Buna səbəb yığmanın növbəti seçmə tsikldə uğurla çıxış edə bilməsidi. Çünki həmin mərhələ həm Tokio-2020-yə vəsiqə baxımından önəmlidi.
Şimallıların tsiklin gedişində Dmitri Xomuxanı, sonda isə Pisarevin istefaya göndərilməsi müəyyən mənada Azərbaycan millisi ilə bağlıdı. Belə ki, məhz yığmamıza Bakıdakı 0:3 hesablı yenilgidən sonra çalışdırıcılar dəyişdirilmişdi. Rostovda Pisarevli komandanın da revanş almaması (2:2), yekunda isə Rusiyanın Finlandiya və Azərbaycandan da geridə - 5-ci olması isə növbəti məşqçi dəyişikliyi ilə nəticələnib.