[b]Yığmamız Estoniya və Gürcüstanı arxada qoydu[/b]
09.09.2016 - 15:38
[b]Yığmamız Estoniya və Gürcüstanı arxada qoydu[/b]

Milli komandaların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014 və AÇ-2016-nın final və seçmə mərhələlərinin nəticələrinə, həmçinin DÇ-2018-in ilk təsnifat oyunlarına əsasən tərtib olunan cədvəldə Avropanın 55 yığması yer alıb.

 

Azərbaycan millisi siyahının 40-ci pilləsində yer alıb. Komandamızın hesabında 15161 xal var.

 

San-Marino ilə sentyabrın 4-də, səfərdə keçirilən seçmə oyununadək 13941 xalı olan komandamız 1:0 hesablı qələbə sayəsində hesabını 2220 vahid artırıb. Bu da 2 pillə irəliləmək üçün yetərli olub.

 

Komandamız Estoniya (15060) və Gürcüstanı (14623) arxada qoyub.

 

Qeyd edək ki, cədvələ Almaniya başçılıq edir. Bundestimin 29258 xalı var.