[b]Yığmamız Makedoniyaya məğlub oldu[/b]
11.04.2017 - 18:53
Aprelin 6-dan Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov yetirmələrini Makedoniya ilə qarşılaşmada sınayıb.
“Dalğa Arena”da baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qonaqlar 75-ci dəqiqədə Boyan Kolevskinin vurduğu yeganə qol sayəsində meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıblar.
Qeyd edək ki, bu komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcəklər. Görüş saat 17:00-da start götürəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0