Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlığa Bakıda start verib.
Biro Jade paytaxtdakı toplanış üçün heyətə 15 oyunçu dəvət edib. Bunlar Rövşən Hüseynli, Elnur Zamanov, Anar Məmmədov, Faiq Əliyev, Nihad İsmayılov, Xətai Bağırov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martins, İsa Atayev və Vitali Borisovdu.
Qeyd edək ki, millinin toplanışı aprelin 7-dək davam edəcək.