Makedoniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 29-da Azərbaycan yığması ilə yoxlama oyunu keçirəcək rəqibimizin heyətinə 21 futbolçu çağırılıb.
Belə ki, baş məşqçi İqor Anqelovski qarşıdakı 2 matç üçün açıqladığı heyətə 21 oyunçunun adını daxil edib. Onlar Makedoniyanın mayın 29-da, Avstriyada Azərbaycan, iyunun 2-də evdə İrana qarşı matçlarında iştirak etmək imkanı qazanıblar.
Qapıçılar: Stole Dimitrievski (“Qranada”, İspaniya), İqor Aleksovski (“Makedoniya”);
Müdafiəçilər: Vançe Şikov (“Austriya” Vyana, Avstriya), Darko Velkovski (“Vardar”), Leonard Juta, Stefan Ristovski (hər ikisi “Riyeka”, Xorvatiya), Qyoko Zaykov (“Şarlerua”, Belçika), Kire Ristevski (“Vaşaş”, Macarıstan), Eqzon Beytulai (“Şkendiya”);
Yarımmüdafiəçilər: Enis Bardi (“Uypeşt”, Macarıstan), Boyan Naydenov (“Rabotniçki”), Boban Nikolov (“Vardar”), David Babunski (“Srvena Zvezda”, Serbiya), Deyan Peşevski (“Podberezova”, Slobakiya), Ferhan Hasani, Maryan Radeski (hər ikisi “Şkendiya”), Nikola Georgiev (“Qrasshoppers”, İsveçrə);
Hücumçular: Qoran Pandev (“Cenoa”, İtaliya), Aleksandar Traykovski (“Palermo”, İtaliya), İliya Nesterovski (“İnter”, Xorvatiya), İvan Triçkovski (AEK, Kipr).