[b]Yığmamıza qol vuran ən yaşlı futbolçu[/b]
28.11.2016 - 10:23
[b]Yığmamıza qol vuran ən yaşlı futbolçu[/b]

İngiltərə mətbuatı DÇ-2018-in seçmə mərhələsinin bu il keçirilən oyunları ilə bağlı maraqlı məlumatlar üzə çıxarıb. Apasport.az saytı xəbər verir ki, onlar arasında Azərbaycan millisi də var.

 

Daha doğrusu, yığmamızla qarşılaşmada qol vurmuş Şimali İrlandiyanın müdafiəçisi Qaret Makuli bununla tarixə düşüb. Belə ki, Makuli DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə qol vuran ən yaşlı oyunçu olub. “Vest Bromviç”in oyunçusunun dekabrın 5-də 37 yaşı tamam olacaq.

 

Qeyd edək ki, noyabrın 11-də keçirilən Şimali İrlandiya – Azərbaycan oyunu meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. Qaret Makuli qarşılaşmanın 40-cı dəqiqəsində komandamızın qapısından 2-ci topu keçirib.