[b]Azərbaycan – Norveç: 1 zərbə, 1 qol[/b]
08.10.2016 - 23:08
[b]Azərbaycan – Norveç:  1 zərbə, 1 qol[/b]

DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hesablamalarına əsasən, skandinaviyalılar bu görüşdə aşkar üstünlüyə malik olub.

 

Yığmamız 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada çərçivəyə düşdüyü yeganə zərbə ilə qələbə qazanıb. Maksim Medvedevin zərbəsi rəqib üçün “öldürücü” xarakter daşıyıb və komandamıza 3 xal gətirib. Qonaqlar 5-i çərçivəyə olmaqla, 17 dəfə qapımızı nişan alıb.

 

Topa sahibolmada və ötürmələrdə də böyük üstünlük Norveç millisində olub. Komandamız intizamlı olması və qayda pozuntularını azlığı ilə diqqət çəkib.

 

Azərbaycan

 

Norveç

1

Qollar

0

6

Zərbələr

17

1

Çərçivəyə zərbələr

5

2

Çərçivəyə düşməyən zərbələr

9

3

Qarşısı alınan zərbələr

3

0

Tir, dirək

1

5

Künc zərbələri

12

1

Oyundankənar vəziyyət

3

33

Topa sahibolma (faizlə)

67

192

Ötürmələr

526

149

Dəqiq ötürmələr

486

77

Dəqiqlik faizi

92

31

Topalma

34

3

Qarşısı alınan ötürmələr

3

1

Sarı vərəqələr

4

5

Qayda pozuntuları

18