[b]Yeni rekord[/b]
09.03.2017 - 16:52
[b]Yeni rekord[/b]

Azərbaycan milli komandası yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan FİFA reytinqində dünyanın 89-cusu olan Robert Prosineçkinin yetirmələri yarım ildir 9-cu “onluq”da qərarlaşıb.

 

Ötən ayın oktyabrında 88-ci yerə yüksəlib, 9-cu “onluğ”a irəliləyən komandamız o vaxtdan buranı tərk etmir. Sonrakı aylarda – noyabr, dekabr və 2017-ci ilin yanvarında 90-cı olan millimiz ötən ay da indiki kimi 89-cu olub. Bir sözlə, milli ardıcıl 6 dəfə ilk 90 komanda arasında yer alıb.

 

Bu isə yığmanın tarixində ilk dəfədi. 2014-cü ilin aprel-avqust aylarında da “90-lıq”da yer almışdı. Amma həmin vaxt komandamız 5 ay bu pillələrdə qərarlaşmışdı.