[b]Yığmamızı “dəfn edən” futbolçu tarixə düşdü[/b]
30.01.2017 - 17:20
[b]Yığmamızı “dəfn edən” futbolçu tarixə düşdü[/b]

Bu gün əfsanəvi Alfredo di Stefanonun İspaniya millisində debüt edib, het-trikə imza atmasından 60 il ötür. Apasport.az saytının məlumatına görə, Argentina əsilli futbolçunun Hollandiya üzərində 5:1 hesablı qələbədə 3 qolla pay sahibi olması UEFA-nın da diqqətindən yayınmayıb.

 

Qurumun rəsmi saytı Avropa futbolunda ən qollu debütlərə yazı həsr edib. Siyahıda Azərbaycan futbolçuları yer almayıb. Çünki yığmamızın tarixində heç bir oyunçu debütdə 2-dən artıq qol vurmayıb. Nazim Süleymanovun Gürcüstanla matçdakı dublu isə təkcə onun deyil, həm də millimizin debütü olduğundan yazıya daxil edilməyib.

 

Əvəzində yığmamızla görüşdə fərqlənən futbolçu UEFA-nın diqqətini cəlb edib. 2011-ci il iyunun 3-də DÇ-2012-nin seçmə oyununda vurduğu 2 qolla millimizi “dəfn edən” Sergey Qridin Qazaxıstan yığmasına 2:1 hesablı qələbə qazandırıb.

 

UEFA-nın yazısındakı rekordçu isə 1933-cü ildə debüt etdiyi İspaniya millisinin Bolqarıstanla matçındakı debütündə 6 qol vuran Çaçodu. Görüş isə 13:0 hesabı ilə nəticələnib. Qridin və Çaço ilə yanaşı, Bobbi Çarlton, Angelos Xaristeas, Zinəddin Zidan kimi tanınmış simalar var.