DÇ-2018-in seçmə mərhələsinin Almaniya – Azərbaycan oyununu idarə edəcək latviyalı hakim Andris Treymanis komandalarımız üçün uğurlu ədalət təmsilçisi sayılır. Apasport.az saytının məlumatına görə, yolları təmsilçilərimizlə dəfələrlə kəsişən 32 yaşlı hakim hələlik məğlubiyyətimizi görməyib.
2011-ci ildən FİFA referisi olan Treymanıs elə həmin il Bakıya gəlib. Avropa Liqasının 2011/12 mövsümünün AZAL – “Minsk” görüşündə fit çalan latviyalı 1:1 hesablı heç-heçə görüb. 6 il öncəki qarşılaşmada meydan sahibləri 1, qonaqlar 3 sarı vərəqə görüb.
Bir neçə ay sonra isə Treymanis U-17-nin Avropa çempionatının seçmə oyunlarında söz sahibi olub. Onun idarə etdiyi matçlarda yığmamız Xorvatiyanı 2:1 hesabı ilə yenib və Ukrayna ilə qolsuz bərabərə qalıb. Futbolçularımız ilk görüşdə 2, sonrakı oyunda 1 xəbərdarlıqla cəzalanıb.
3 il əvvəl isə U-21 millimiz İsraillə görüşüb. Qitə çempionatının seçmə oyununda yığmamız 3:0 hesablı qələbə qazanıb. Treymanıs futbolçularımıza 2 sarı vərəqə göstərib.
Bir sözlə, Treymanis oktyabrın 8-də Kayzerslauterndə baş tutacaq Almaniya – Almaniya matçınadək 4 dəfə təmsilçilərimizin oyununa təyinat alıb. Bu görüşlərdə 2 qələbə qazanan komandalarımız 2 dəfə heç-heçə edib. Latviyalı qırmızı vərəqə və penalti kimi sərt qərarlar verməyib. Onunla uğurlu seriyanı davam etdirmək üçün əsas millimiz Bundestimə uduzmamalıdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”