[b]Yığmamızın baş məşqçisi mətbuat konfransı keçirəcək[/b]
11.04.2016 - 18:24
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov media nümayəndələri önünə çıxacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mətbuat konfransı aprelin 13-də baş tutacaq.
Saat 13:30-da başlayacaq konfrans Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində olacaq.
Qeyd edək ki, U-17 yığmamız mayın 5-21-i aralığı Bakıda təşkil ediləcək Avropa çempionatında qüvvəsini sınayacaq. Komandamız Portuqaliya, Belçika və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq.
0
0