[b]Yığmamızın böyük hesablı məğlubiyyətləri...[/b]
05.10.2016 - 11:00
[b]Yığmamızın böyük hesablı məğlubiyyətləri...[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarında 24-cü dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin seçmə mərhələsinin Litvada keçirilən V qrupunun ilk qarşılaşmasında Avstriyaya 1:4 hesabı ilə yenilən komandamız bunadək 23 dəfə darmadağına üzülmüşdü.

 

Keçirdiyi 70-ci matçda 24-cü dəfə böyük hesabla yenilən yığmamız ümumilikdə 46 dəfə məğlub olub. Bunların yarıdan çoxunda 3 və ya daha yüksək top fərqi qeydə alınıb.

 

Ən ağır məğlubiyyəti 0:10 hesablı olan komandamız 16 il öncə Rusiya qarşısında aciz qalıb. Bundan başqa, iki dəfə 0:7, bir dəfə 1:7 və bir dəfə 0:5 hesabına üzülən millimiz 5 dəfə 4 cavabsız qol buraxıb. 1:5-lə üç dəfə üzləşən yığmamızın 3 top fərqli yenilgilərinin sayı 11-di. Bunlardan biri 2:5, iksi 1:4, səkkizi 0:3 hesablıdı.

 

Qeyd edək ki, 2001-ci ilədək U-18-lər, son 14 ildə isə U-19-lar mübarizə aparıb.

 

Yığmamızın böyük hesablı məğlubiyyətləri

 

16.10.1994. Slovakiya - 0:7

11.10.1995. Macarıstan - 0:3

22.08.1998. Şimali İrlandiya - 0:3

01.10.2000. Rusiya - 0:10

03.10.2002. İsrail - 0:4

05.10.2002. Almaniya - 0:7

27.10.2003. Finlandiya - 1:5

29.10.2003. Xorvatiya - 0:3

30.09.2004. Fransa - 0:3

27.09.2005. Portuqaliya - 1:5

29.09.2005. Rusiya - 0:3

29.10.2006. Macarıstan - 0:5

01.06.2007. İspaniya - 0:4

04.06.2007. İslandiya - 2:5

26.10.2007. Ukrayna - 0:3

14.10.2009. Danimarka - 0:3

19.04.2010. İspaniya - 0:4

08.10.2011. Rumıniya - 0:3

31.10.2012. Xorvatiya - 1:7

15.10.2013. İsveç - 1:5

12.11.2014. Slovakiya - 1:4

31.03.2015. Danimarka - 0:3

10.11.2015. Ukrayna - 0:4

04.10.2016. Avstriya - 1:4