Azərbaycan yığmasının futbolçusu Tuğrul Erat klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi formasını geyindiyi “Fortuna” ilə yeni müqavilə imzalamaq fikrində deyil.
Almaniyanın Regional Liqasında çıxış edən “Fortuna” onun komandada qalmasının tərəfdarı olsa da, futbolçu daha yüksək liqada mübarizə aparmaq niyyətindədi. III Bundesliqada çıxış edən “Preusen Münster” və “Osnabrük”dən təklif alan Erat hələlik onlara müsbət cavab verməyib. Çünki II Bundesliqanın da bir neçə komandası onun xidmətində maraqlıdı. Futbolçu sərfəli təklif olarsa, ilk seçimini II Bundesliqa klublarından birinin xeyrinə edəcək. Əks təqdirdə “Preusen Münster” və ya “Osnabrük”ə keçməyə razılıq verəcək.
Qeyd edək ki, Tuğrul Erat Azərbaycan yığmasının heyətində 4 oyun keçirib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı