[b]Yığmamızın hücumçusu məşqçiyə hirsləndi, şüşəni yumruqladı[/b]
11.09.2016 - 22:20
[b]Yığmamızın hücumçusu məşqçiyə hirsləndi, şüşəni yumruqladı[/b]

Topaz Premyer Liqasının IV turunun “Sumqayıt” - “İnter” oyununda daha bir maraqlı hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə texniki zonada gərgin anlar olub.

 

Sumqayıtda baş tutan qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların hücumçusu Pərdis-Fərcad Azad meydana girməyə hazırlaşıb. Yığmamızın milliləşdirilmiş oyunçusu kənara gəlsə də, baş məşqçi Zaur Svanadze son anda qərarını dəyişib.

 

Gürcüstanlı mütəxəssis əvəzində Fuad Bayramovun yerinə Ruslan Abışovu mübarizəyə qoşub. Buna qəzəblənən Azad ehtiyat oyunçular skamyasına əsəbi şəkildə qayıdıb və hirsini şüşəyə zərbə vuraraq çıxıb.

 

Qeyd edək ki, son dəqiqələri gedən “Sumqayıt” - “İnter” oyununda qonaqlar 2:1 hesabı ilə öndədi.