[b]Yığmamızın müdafiəçisi “fərqləndi”, komandası qalib gəldi[/b]
20.04.2017 - 09:19
Türkiyə PTT I liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ufuk Budakın formasını geyindiyi “Manisaspor” bu turda “Samsunspor”un qonağı olub.
Ufukun start heyətində mübarizə apardığı qarşılaşmadan manisalılar qələbə ilə ayrılıblar – 2:1. Müdafiənin mərkəzində çıxış edən yığmamızın üzvü 50-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra 14-cü pilləyə yüksələn “Manisaspor”un aktivində 30 xal var.
0
0