[b]Yığmamızın oyunçusu “Bavariya”ya qol vurdu[/b]
06.05.2017 - 19:25
[b]Yığmamızın oyunçusu “Bavariya”ya qol vurdu[/b]

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası “Bavariya”lı həmyaşıdları ilə qarşılaşıblar.

 

Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.

 

Qeyd edək ki, 26 oyundan sonra aktivində 36 xal olan frankfurtlular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.