21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Finlandiya – Azərbaycan matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də keçiriləcək qarşılaşmanı danimarkalı hakimlər idarə edəcək.
Helsinkinin “Toolon jalkapallostadion” stadionundakı matçın baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Sandi Putros olacaq.
Qeyd edək ki, Finlandiya ilə matç yığmamızın AÇ-2017-nin seçmə mərhələsində son oyunudu. 9 qarşılaşmada 8 xal toplayan yığmamız 4-cü pillədə qərarlaşıb.