[b]Yığmamızın rəqibi qələbəni əldən verdi[/b]
11.08.2017 - 11:51
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi “Santarkancelo” klubu ilə görüşüb.
Qarşılaşma qollu heç-heçə ilə nəticələnib. Adolfo Hriş 44-cü dəqiqədə hesabı açsa da, milli üstünlüyünü qoruya bilməyib.
Klubun bərabərlik qolunu Andrea Busqlia vurub. O, 90+2-ci dəqiqədə yığmanı qələbədən məhrum edib.
0
0