Martın 26-da Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının baş məşqçisinin adı sabah açıqlanacaq. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan mətbuatı iddia edir.
Həmkarlarımız Qazaxıstan Futbol Federasiyasının bu posta əcnəbi gətirəcəyini düşünür. Bildirilir ki, yığmamızın rəqibinin baş məşqçisi bolqarıstanlı Xristo Stoiçkov olacaq.
Ölkəsinin yığmasında və “Barselona”dakı çıxışları ilə tanınan sabiq hücumçu baş məşqçi kimi Azərbaycan yığması ilə üz-üzə də gəlib. Onun Bakıya gətirdiyi Bolqarıstan millisi 2004-cü ilin payızında yığmamızla qolsuz heç-heçə etmişdi.
Qeyd edək ki, Stoiçkov Meksikanın “Amerika” klubunun baş məşqçi postuna namizədlər arasında da yer alıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"