[b]Yığmamızın rəqibi üçün 50 milyon avro[/b]
06.05.2017 - 11:22
[b]Yığmamızın rəqibi üçün 50 milyon avro[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə yeni “müştəri” tapılıb. Apasport.az saytının məlumatına görə, son vaxtlar futbola böyük pullar xərcləyən çinlilər 57 yaşlı mütəxəssisə “elçi düşüb”.

 

Alman çalışdırıcıya Çin yığmasının baş məşqçisi olmaq təklif edilib. Asiyalılar ona 2 illik müqavilə üçün 50 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək Ki, Almaniya Futbol İttifaqı ilə müqaviləsi 2020-ci il iyulun 31-də başa çatacaq Löv komandasını DÇ-2014-ün qızıl medallarına daşıyıb.