[b]Yığmamızın rəqibi yeni futbolçu ilə gücləndi[/b]
04.10.2016 - 14:43
[b]Yığmamızın rəqibi yeni futbolçu ilə gücləndi[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Finlandiya millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tommi Kautonen iki futbolçunu oktyabrın 7-də baş tutacaq matçın hazırlıqlarından kənarlaşdırıb.

 

Bunlar VPS klubunun sağ cinah müdafiəçisi Cerri Voutilaynen və SJK-nın yarımmüdafiıəçisi Matey Hradeçkidi. Baş məşqçi bu iki oyunçunun əvəzinə yalnız bir yeni adı heyətə daxil edib. Belə ki, Naemeka Anyamelella hazırlıqlara qatılıb. O, HİFK klubunun müdafiəçisidi.

 

Qeyd edək ki, oktyabrın 7-də keçiriləcək Finlandiya – Azərbaycan oyunu Helsinkidə baş tutacaq.