[b]Yığmamızın rəqibində daha bir istefa[/b]
16.12.2016 - 13:31
[b]Yığmamızın rəqibində daha bir istefa[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Norveç yığmasında daha bir ayrılıq baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, köməkçi məşqçi Martin Foyston vəzifəsindəın istefa verib.

 

Sabiq baş məşqçi Per-Matias Hoqmonun gedişindən sonra komandada saxlanılan Foyston federasiya ilə görüşərək, ayrılmaq istədiyini bildirib. Nəticədə tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər.

 

Qeyd edək ki, seçmə mərhələdə Bakıda millimizə 0:1 hesabı ilə məğlub olan Norveç yığmasında baş məşqçi Per-Matias Hoqmo ötən ay istefaya göndərilmişdi.