[b]Yığmamızın rəqibində itki[/b]
07.11.2016 - 09:24
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya təmsilçisi Ceymi Uordun xidmətindən məhrum olub.
Buna səbəb “Berton Albion”da çıxış edən hücumçunun zədələnməsidi. “Bernsli” ilə qarşılaşmada biləyindən xəsarət alan futbolçunu əməliyyat gözləyir. Bu üzdən də Uord yığmanın noyabrın 11-də Azərbaycanla Belfastdakı görüşünü buraxacaq.
Qeyd edək ki, “Nottinhem Forest”ə məxsus oyunçu “Berton Albion”da icarə əsasında çıxış edir.
0
0