[b]Yığmamızın rəqiblərinin duelində İspaniya güclü oldu[/b]
13.09.2016 - 11:07
Futzal üzrə dünya çempionatında millimizin yer aldığı F qrupunun digər matçında İran və İspaniya yığmaları üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, yığmamızın rəqiblərinin duelində sevinən tərəf ispanlar olub.
Belə ki, qarşılaşma pireneylilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İran millisinə heç bir şans verməyən İspaniya meydanı 5:1 hesablı qalibiyyətlə tərk edib.
İspaniya növbəti matçını sentyabrın 15-də Azərbaycan millisinə qarşı keçirəcək.
Qeyd edək ki, yığmamız mundialdakı ilk görüşündə Mərakeşi 5:0 hesablı məğlubiyyətə uğradıb.
0
0