Azərbaycan millisinin sabiq futbolçusu Cem Fələk Finlandiyanın “Rovaniemi” klubu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 10 günə yaxın baxışda olan 20 yaşlı yarımmüdafiəçi skandinaviyalıların etimadını qazana bilib.
Milliləşən almaniyalı ilə 1+1 il müddətində müqavilə bağlanıb. Fələk klubun saytına verdiyi açıqlamada iddialı danışıb: “Futbolu ürəklə oynamaq mənim qanımdadı. Yeni klubumdakı çıxışımla azarkeşlərimizi sevindirəcəyəm. Cinahda sürətli oynamağı bacarıram. Bu keyfiyyətimin komandaya fayda verəcəyini düşünürəm. Baş məşqçimiz Yuha Malisenlə söhbətdə onun məndən nə gözlədiyini və bunu bacaracağımı dərk etdim”.
Qeyd edək ki, Cem Frankfurt “Ayntraxt”ının yetirməsidi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı