[b]Yığmamızın San Marino və Çexiyanı qəbul edəcəyi stadion açıqlandı[/b]
09.06.2017 - 10:25
Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi daha 2 ev oyununun stadionu müəyyənləşib. Apasport.az AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız San Marino və Çexiyanı eyni arenada qəbul edəcək.
Belə ki, Robert Prosineçkinin yetirmələri sentyabrın 4-də “cırtdanlar”ı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Yığmamızın oktyabrın 5-də Çexiya ilə görüşü də bu meydanda baş tutacaq.
0
0