[b]Yığmamızın üzvü 90 dəqiqə oynasa da... [/b]
19.02.2017 - 00:55
Futbol üzrə Türkiyə 1-ci liqasında XXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budağın komandası – “Manisaspor” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Girəsunspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Start heyətdə meydana çıxan Ufuk sonadək oynayıb. “Manisaspor” hazırda 20 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, bir neçə klubla bərabər “Manisaspor”un da 3 xalı silinib.
0
0