Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası “Karlsrue” növbəti sınaq matçına çıxıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışını davam etdirən “Karlsrue” yoxlama görüşündə “Frayburq”la üz-üzə gəlib.
Eyni liqada iştirak edən komandaların görüşü “Karlsrue”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola 48-ci dəqiqədə Ervin Hoffer imza atıb. Nazarov fasilədən sonra komanda yoldaşı Bubakar Barrini əvəz edib və ikinci hissədə meydanda olub.
Qeyd edək ki, Bundesliqa II-də mübarizə aparan “Karlsrue” ikinci yarıdakı ilk oyununu fevralın 7-də “FSV Frankfurt”a qarşı keçirəcək.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI