[b]Yığmamızın üzvü Almaniyada 90 dəqiqə oynadı[/b]
29.03.2016 - 09:02
[b]Yığmamızın üzvü Almaniyada 90 dəqiqə oynadı[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Erat Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, onun komandası “Fortuna II” Almaniya Qərb Regional Liqasının XXXI turunda “Verl”in qonağı olub.

 

“Fortuna”nın 23 yaşlılarından ibarət komandası səfərdən 1 xalla dönüb. 10-cu dəqiqədə Eratın komandası hesabı açsa da, meydan sahibləri 32-ci dəqiqədə status-kvonu bərpa ediblər və qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

 

Start heyətində meydana çıxan millimizin üzvü 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

Qeyd edək ki, 31 turdan sonra “Fortuna II” 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.