[b]Yığmamızın yeni üzvü oynasa da, komandasına kömək edə bilmədi[/b]
12.02.2017 - 01:45
[b]Yığmamızın yeni üzvü oynasa da, komandasına kömək edə bilmədi[/b]

Millimizə cəlb olunan Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi səfərdə “Ştuttqart”la qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Dadaşov sona qədər meydanda olub.

Qeyd edək ki, “Ayntraxt” 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.