[b]Yılmaz Vuralla Prosineçkinin eyni hədəfi[/b]
24.01.2017 - 18:02
[b]Yılmaz Vuralla Prosineçkinin eyni hədəfi[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan “Bursaspor”un adı daha bir mütəxəssislə birgə hallanır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın siyahısında yer alan digər çalışdırıcı Yılmaz Vuraldı.

 

Bu barədə Vural özü məlumat verib. Hazırda İtaliyada olduğunu bildirən 64 yaşlı mütəxəssis “Bursaspor” və “Alanyaspor”dan təklif gözlədiyini açıqlayıb: “İndi İtaliyada istirahətdəyəm. Həm “Bursaspor”, həm də “Alanyaspor”un gündəmində olduğumu bilirəm. Amma hələlik heç birindən konkret təklif almamışam. Jurnalistlər və azarkeşlər bununla bağlı zəng vururlar. Hər iki klubla adımın birgə çəkilməsi mənim üçün şərəfdi. Yenidən Superliqada çalışmağı çox istəyirəm”.

 

Qeyd edək ki, “Bursaspor” rəsmiləri Robert Prosineçkinin də bu klubu çalışdırmaq arzusunda olduğunu bildiriblər.