[b]Yozef Blatterin qulağını kəsdilər[/b]
10.07.2016 - 19:35
[b]Yozef Blatterin qulağını kəsdilər[/b]

Eks FİFA prezidenti Yozef Blatter əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri onun şəxsi nümayəndəsi yayıb.

 

Keçən həftə cərrahi müdaxiləyə məruz qalmış Blatterin dəri xərçəngindən əziyyət çəkdiyi bildirilib. Həkimlər onun sol qulağının bir hissəsini kəsiblər.

 

İsveçrəli funksionerin nümayəndəsi Tomas Renqli bildirib ki, eks-prezidentin artıq səhhəti normaldı və evində istirahət edir.