Azərbaycan Premyer Liqasının XXII turu “Kəpəz”in futbolçusu Jülien Ebah üçün ikiqat əlamətdar olub. Apasport.az saytının məlumatına görə, kamerunlu hücumçu çempionatımızda yubiley – 50-ci matçına çıxıb.
Afrikalı legioner “Zirə” ilə görüşün 56-cı dəqiqəsində hesabı açmaqla, həm də qol həsrətinə son qoyub. Belə ki, futbolçu sonuncu dəfə 107 gün əvvəl fərqlənmişdi.
2016-cı il noyabrın 27-də keçirilən XIII turun matçında “Neftçi”nin qapısına yol tapan Ebah həmin matçdan sonra nəhsdə ilişib qalmışdı. Məsələ ondadı ki, həmin top kamerunlunun Premyer Liqamızda 13-cü qolu idi. Sonrakı matçlarda qola həsrət qalan Jülien XXII turadək 14-cü uğuruna sevinə bilmirdi.