[b]Yunanlar Bakıya qələbə ilə gəlir[/b]
17.10.2016 - 01:23
[b]Yunanlar Bakıya qələbə ilə gəlir[/b]

Yunanıstan Super Liqasında VII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən PAOK da növbəti matçına çıxıb.

 

Saloniki təmsilçisi evdə “İraklis”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”ın yeganə qoluna oyunun 3-cü dəqiqəsində Rodriqes imza atıb.

 

Qeyd edək ki, klublarla federasiya arasında fikir ayrılığına görə Yunanıstan Super Liqasının ilk iki turu təxirə salındığı üçün komandalar cəmi 5 oyun keçiriblər və hesabında 11 xal olan PAOK 2-ci pillədə qərarlaşaraq “Olimpiakos”dan 1 xal geri qalır.