“Fikrimcə, yaxşı, maraqlı oyun keçdi. Əfsuslar olsun ki, qalib gələ bilmədik”. Apasport.az saytının “Kəpəz”in feysbuk səhifəsinə istinadən məlumatına görə, bunu Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
O, Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Keşlə” ilə ev oyunundan sonra fikirlərini bölüşüb: “Bəxt amili bugünkü oyunda öz sözünü dedi. Rəqib də yaxşı təsir bağışladı. İmkanlarımız çox oldu. Bu görüşdə yaratdığımız qol epizodları digər matçlarda yaranan fürsətlərin cəmindən çox idi. Sadəcə, istifadə edə bilmədik. Qələbə qazanmağı çox istəyirdik. Çünki “Keşlə” ilə xal fərqimizi azaltmaq niyyətində idik”.
Qeyd edək ki, “Kəpəz” – “Keşlə” oyunu 1:1 hesabı ilə nəticələnib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"