[b]Zaur Axundov yığmamızın mundialdakı çıxışını dəyərləndirdi[/b]
28.09.2016 - 15:46
[b]Zaur Axundov yığmamızın mundialdakı çıxışını dəyərləndirdi[/b]

“Dünya çempionatındakı çıxışımızı başa vurduq. Mundial bizim üçün artıq bitdi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

 

Kolumbiyada keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyən millimizin çıxışını dəyərləndirən federasiya rəhbəri bunu yüksək qiymətləndirib: “İlk dəfə idi ki, dünya çempionatında iştirak edirdik. Kapitan Rizvan Fərzəliyev zədə üzündən heç bir matçda komandamıza kömək edə bilməməsinə baxmayaraq, mundialı beşinci pillədə başa vurduq. Artıq deyiləsi sözüm yoxdu”.

 

Qeyd edək ki, İspaniya, İran və Mərakeşlə mübarizədə qrupu ikinci pillədə tamamlayan yığmamız 1/8 finalda Tailanda (13:8) qalib gəlsə də, 1/4 finalda Portuqaliyaya 2:3 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.