[b]Zaur Svanadze 34-cü oldu[/b]
10.04.2017 - 18:08
[b]Zaur Svanadze 34-cü oldu[/b]

“İnter”in Azərbaycan Premyer Liqasında mükafatlardan birini təmin etməsi ilklə əlamətdar olub. Apasport.az sayt.nın məlumatına görə, sona 3 tur qalmış “üçlük”də yeri rəsmiləşən bakılıların baş məşqçisi Zaur Svanadze postunda ilk medalını qazanıb.

 

Azərbaycanda ikinci mövsümdü baş məşqçi kimi çalışan gürcüstanlı ilk cəhddə mükafatçılar sırasına düşə bilməmişdi. Bu dəfə isə onun yetirmələrinin ya gümüş, ya bürünc qazanacağı dəqiqləşib.

 

Bununla da Svanadze ölkə çempionatlarında medal qazanan 34-cü baş məşqçidi. Onadək 33 mütəxəssis bunu bacarmışdı.

0