“Komandamızda yeni futbolçular çoxdu. Buna baxmayaraq, İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
“Bankirlər” UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah İslandiya klubu "Hafnaryordur"un qonağı olacaq. Bu gün “Kaplakriki” stadionunda Svanadzenin iştirakı ilə oyun öncəsi mətbuat konfransı keçirilib. Baş məşqçi şansları bərabər qiymətləndirib: “Hafnaryordur”un son oyunlarını izləmişik. Hər iki komandanın şansları bərabərdi. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq".
Qeyd edək ki, “İnter” oyunöncəsi son məşqinə bu gün Bakı vaxtı ilə saat 00:00-da çıxacaq. “Hafnarfyordur” – “İnter” matçı isə sabah Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı