[b]Zestafonidə yubiley[/b]
05.07.2016 - 18:15
[b]Zestafonidə yubiley[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin “Samtredia” ilə cavab oyunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 75-ci rəsmi matça çıxaracaq.

 

2015-ci ilin əvvəlindən “Qəbələ”nin “sükanı arxasında” olan ukraynalı çalışdırıcı indiyədək 74 qarşılaşmada komandaya rəhbərlik edib. O, Premyer Liqanın 52 (16-sı 2014/15, 36-sı 2015/16 mövsümündə), kubokun 7 (2-si 2014/15, 5-i 2015/16 mövsümündə) “qırmızı-qaralar”ı meydana çıxarıb. Avropa Liqasında ötən mövsüm 14, bu yay isə 1 matçında Qriqorçuk komandaya başçılıq edib.

 

“Qəbələ” onun rəhbərliyi altındakı 74 oyunda 34 qələbə qazanıb, 21 heç-heçə edib və 19 dəfə uduzub. Onun yetirmələri 103 qol vurub və 65-ni buraxıb.

 

Qeyd edək ki, “Samtredia” – “Qəbələ” oyunu Zestafoninin David Abaşidze adına stadionunda keçiriləcək. İyulun 7-də baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Premyer Liqa

52

27

13

12

71-39

94

Kubok

7

3

3

1

16-7

12

Avropa Liqası

15

4

5

6

16-19

17

Cəmi

74

34

21

19

103-65

123