[b]Zidan Qvardiolaya çatdı[/b]
19.09.2016 - 12:37
[b]Zidan Qvardiolaya çatdı[/b]

İspaniya La Liqasının IV turunda “Espanyol”un qonağı olan “Real” (2:0) qələbə qazanaraq, ardıcıl 16-cı qalibiyyətini əldə edib. Apasport.az saytının məlumatına görə, “kral klubu” bu nəticə ilə yeni rekorda bir addım da yaxınlaşıb.

 

Belə ki, baş məşqçi Zinəddin Zidan komandanın “sükanı arxası”nda La Liqada qazandığı ardıcıl 16 qələbə sayəsində Pep Qvardiolaya məxsus rekordu təkrarlayıb. Hazırda “Mançester Siti”ni çalışdıran Qvardiola “Barselona”da olarkən 2010-11 mövsümündə ardıcıl 16 qələbəyə sevinmişdi. Sentyabrın 21-də madridlilər “Vilyarreal” üzərində qələbə qazanarsa, yeni rekorda imza atacaq.

 

Qeyd edək ki, “Real” çempionatın ilk 4 turunda olduğu kimi, ötən mövsüm də son 12 turda xal itirməmişdi.

0