[b]Zidan və Qvardiola simvolik heyətdə[/b]
09.09.2016 - 12:54
[b]Zidan və Qvardiola simvolik heyətdə[/b]

Avrokubokların 2016/2017 mövsümündə qrup mərhələsində iştirak edəcək klubların baş məşqçilərindən ibarət simvolik heyət qurulub. Apasport.az saytı xəbər verir ki, ÇL-in rəsmi tvitter səhifəsində yer alan heyətə 11 çalışdırıcının adı daxil edilib.

 

Bunlardan 9-u Çempionlar Liqasında, 2-si isə Avropa Liqasında mübarizə aparacaq komandaların baş məşqçiləridi.

 

Bunlar Miçel Pryudhomm (“Brügge”), Luis Enrike (“Barselona”), Urs Fişer (“Bazel”), Frank de Bur (“İnter”), Maurisio Poçettino (“Tottenhem”), Covanni van Bronxorst (“Feyenord”), Dieqo Simeone (“Atletiko”), Xosep Qvardiola (“Mançester Siti”), Zinəddin Zidan (“Real” Madrid), Filipp Koku (“PSV Eyndhoven”), Sergey Rebrov (“Dinamo” Kiyev).