İngiltərənin “Çelsi” klubu aparıcı futbolçularından olan Eden Azarla vidalaşa bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu yaxınlarda “zadəganlar”la yeni 5 illik müqavilə imzalamasına rəğmən, London klubundan ayrılmağa yaxındı.
Azar növbəti mövsümdə də Çempionlar Liqasında oynamaq arzusundadı. Ancaq Premyer Liqanın cari mövsümündə özünə bənzəməyən “Çelsi”nin qitənin ən mötəbər klub turnirindən kənarda qalacağı daha inandırıcı görünür. Məhz bu səbəbdən Azarın komandasını dəyişmək istədiyi bildirilir.
24 yaşlı futbolçunun xidmətində Madrid “Real”ı və PSJ klubları maraqlıdılar. “Çelsi” rəhbərliyi yayda Azarı satmağa hazırdı. Lakin bunun üçün qarşı tərəf 120 milyon avrosundan keçməlidi.