AVRO-2016: “Gələcək oyunlarda bu halın qarşısını alacağıq”
15.05.2016 - 20:16
AVRO-2016: “Gələcək oyunlarda bu halın qarşısını alacağıq”

"Qələbəmizin əsas səbəbi komanda oyunu nümayiş etdirməyimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya U-17 millisinin baş məşqçisi Santi Denia deyib.

 

Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəni 1:0 hesabıyla məğlub edən İspaniya millisinin baş məşqçisi görüşü belə şərh edib: “Oyunun sonlarına yaxın bəzi əvəzetmələrə əl atmalı oldum. Bu, taktiki gediş yox, məcburiyyətdən atılmış addım idi. Məhz bundan sonra rəqib üstünlüyü ələ aldı. Gələcək oyunlarda bu halın qarşısını alacağıq. Qələbəni Fransisko Qarsiyanın (qolun müəllifi) ayağına yazmaq olmaz. Qalib gəlməyimizdə bütün komandanın əməyi oldu. Həmin epizodda Qarsiyanın yerinə başqa oyunçu olsaydı, o da öz ustalıq səviyyəsini göstərərək, həmin vəziyyəti qola çevirəcəkdi".

 

Denia yarımfinalda qarşılacaqları Almaniya barədə də danışıb: "Növbəti rəqibimiz Almaniyadı. Çox güclü komandadı. Hətta deyərdim, turnirin əsas favoritidi. Bu komandanın zəif cəhətlərini analiz edəcəyik".

0