[b]Fasilə bitdi: Lider Qəbələ sınağında[/b]
08.09.2017 - 09:53
[b]Fasilə bitdi: Lider Qəbələ sınağında[/b]

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə Bakıda son veriləcək.

 

Belə ki, turun ilk matçı paytaxtda baş tutacaq. Çempionatın autsayderi “Kəpəz” “İnter”in qonağı olacaq. Gəncədə keçirilməli olan görüş qərblilərin arenasındakı işlərlə əlaqədar Bakıda keçiriləcək.

 

Hələ qələbə həsrətində olan Şahin Diniyevin yetirmələri son pillədən qurtulmaq üçün mübarizə aparacaq. Qərblilər uduzmasa, ən azı bir günlük son pillədən uzaqlaşacaq. “İnter” isə uğursuz startdan sonra ikinci qələbəsini qazanmaq niyyətindədi. Zaur Svanadzenin yetirmələri autsayderi itkisiz keçmək iddiası ilə “döyüşəcək”.

 

Turun mərkəzi oyunu Qəbələdə baş tutacaq. Cari mövsüm avrokuboklarda oynamış “Qəbələ” və “Zirə” əyalət təmsilçisinin meydanında qarşılaşacaq.

 

Cari mövsümdə xal itirməyən Ayxan Abbasovun yetirmələri liderliyini qorumaq üçün xal qazanmalıdı. “Qırmızı-qaralar” isə liderlərə çatmaq üçün mütləq qalib gəlməlidi. Roman Qriqorçukun yetirmələri bunu bacarsa, üçhakimiyyətlilik yaranacaq.

 

Tura bazar günü baş tutacaq matçda yekun vurulacaq. Günün yeganə qarşılaşması Sumqayıtda baş tutacaq. Burada eyniadlı komanda “Neftçi”ni sınağa çəkəxək.

 

Azərbaycanın ən titullu komandası mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq. Elşad Əhmədovun yetirmələri 3 xal qazansa, 2-3 pillə irəliləmək imkanı əldə edəcək. Sumqayıtlılar isə ardıcıl 2 məğlubiyyətdən sonra xal almaq istəyindədi.

 

Qeyd edək ki, cəmi 4 oyundan ibarət olan turun bir matçı təxirə salınıb. Son illərin çempionu “Qarabağ” avrokuboklarda çıxışını davam etdirdiyindən “Səbail”lə matçı başqa vaxtı keçirilib.

 

Azərbaycan Premyer Liqası

IV tur

 

9 sentyabr (şənbə)


17:00. “İnter” – “Kəpəz”
“İnter Arena”


20:30. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

10 sentyabr (bazar)


19:00. “Sumqayıt” – “Neftçi”
Sumqayıt. Şəhər stadionu

 

1.

Zirə

3

3

0

0

8-2

9

2.

Qarabağ

3

3

0

0

6-2

9

3.

Qəbələ

3

2

0

1

4-3

6

4.

İInter

3

1

0

2

2-3

3

5.

Sumqayıt

3

1

0

2

3-5

3

6

Səbail

3

1

0

2

2-3

3

7.

Neftçi

3

0

1

2

1-4

1

8.

Kəpəz

3

0

1

2

1-5

1

 

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 3 qol

0