"Dnepr" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
19.01.2016 - 09:55
"Dnepr" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

“Qəbələ” ilə yoxlama görüşü keçirəcək “Dnepr” təmsilçimizlə görüşə əsas heyətin bir neçə üzvü olmadan çıxacaq. Apasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dnepropetrovsk klubu bu matçda əsasən əvəzedici heyətin üzvlərinə şans verəcək.

 

Zədəsini təzə sağaldan Ruslan Rotan fərdi proqram əsasında məşq etdiyi üçün Antalyaya aparılmayıb. Onunla yanaşı, hazırda zədədən əziyyət çəkən Mateus və Duqlas da “Dnepr”in Türkiyə toplanışında iştirak etmirlər. Hər 3 futbolçu ikinci hazırlıq mərhələsində komandalarına qoşulacaqlar.

 

Əvəzində Yuri Vakulko, Maksim Lunyov, Yeqor Nazarina və Yevgeni Çeberko kimi gənc futbolçular Antalyaya aparılıblar. Baş məşqçi Miron Markeviçin “Qəbələ” ilə oyun da daxil olmaqla, yoxlama görüşlərində daha çox gənclərə şans verəcəyi bildirilir.

 

“Dnepr”in əsas qapıçısı Denis Boykonun da “Qəbələ” ilə oyunu buraxmaq ehtimalı var. Belə ki, 27 yaşlı qolkiper “Beşiktaş”a keçmək üzrədi. Bu transfer baş tutacağı halda, Boyko “Qəbələ”yə qarşı oynamayacaq.

 

Qeyd edək ki, “Qəbələ” – “Dnepr” matçı yanvarın 24-də keçiriləcək. 

0